İlham Əliyev Kubanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
13 iyul 2012, 13:00
Prezident İlham Əliyev Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlət başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini dedi və səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulandı, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.