Yunsur Abiyevdən, Lənkəran, Azərbaycan
10 noyabr 2021, 11:45
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olmaqla Azərbaycan torpaqlarının işğalına son qoydu.
Cənab Prezident, Siz türk dünyasının qəhrəman Liderisiniz. Siz əlçatmaz arzuları gerçəkləşdirməklə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının sevgisini qazandınız.
Sizi Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Abiyev Yunsur Xanoğlan oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri.