Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçə
12 iyul 2012, 18:30
Hörmətli cənab Prezident,
Əziz dostum,
Monteneqronun milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Monteneqro münasibətləri hazırda dinamik şəkildə inkişaf etməkdədir. Daim möhkəmlənən dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran əməkdaşlığımız üçün yaxşı imkanlar açır.
Ümidvaram ki, bu günlərdə ölkəmizə səfəriniz zamanı Sizinlə görüşümüz, apardığımız ətraflı fikir mübadiləsi əməkdaşlığımızın inkişaf perspektivlərini gerçəkləşdirmək yolunda səylərimizə yeni təkan verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2012-ci il.