logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Prof. Dr. Əli Cümədən

Text size icon-size icon-size

05 noyabr 2021, 19:34

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

8 Noyabr - Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını bu Zəfərlə geri qaytarmışdır. Bu, ölkənin, hətta regionun inkişafına töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.

Allaha dua edirik ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram.

Hörmətlə,

Prof. Dr. Əli Cümə

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi