İlham Əliyev İranın təhsil və təlim nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
12 iyul 2012, 18:10
Prezident İlham Əliyev İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Həmidrza Hacıbabayi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. Nazir İran Prezidentinin “Qoşulmama Hərəkatı”na üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İranın dövlət başçısına çatdırmağı xahiş etdi.