İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib
Text size
04 noyabr 2021, 16:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.
Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi.
Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edildi.