Kamboca Xalq Partiyasının sədri Kamboca Krallığının Baş naziri Hun Sendən
04 noyabr 2021, 14:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Kamboca Xalq Partiyası adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan davamlı şəkildə inkişaf edəcək, qarşıdakı illərdə qonşu ölkələrlə dayanıqlı sülh əsasında yaxşı əməkdaşlıq əlaqələrinə malik olacaq.
Mən Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında xüsusilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Mərkəzçi Demokrat İnternasionalı (CDI) çərçivəsində uzunmüddətli əlaqələrdən, eləcə də ölkələrimizin hökumətlərinin son zamanlar davamlı olaraq inkişaf edən yaxın əməkdaşlığından məmnunam.
İnanıram ki, qarşılıqlı səylərimiz sayəsində partiyalarımız və ölkələrimiz arasındakı dostluq, faydalı əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı, habelə regionumuzda və onun hüdudlarından kənarda sülh və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.
Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı, möhkəm cansağlığı və nəcib işlərinizdə böyük uğurlar arzularımı qəbul edin.
Hörmətlə,
Hun Sen
Kamboca Xalq Partiyasının sədri
Kamboca Krallığının Baş naziri