Xudayar Məmmədovdan, Lənkəran, Azərbaycan


03 noyabr 2021, 15:02
Möhtərəm cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil və hüquqi bir dövlətdə bu gün Sizin tərəfinizdən aparılan mütərəqqi islahatlar və quruculuq işləri hər bir vətənpərvər azərbaycanlının ürəyincədir.
Ölkəmizdə əmin-amanlığın, ictimai-siyasi sabitliyin və asayişin qorunmasında müstəsna xidmətləri olan daxili işlər orqanları ulu öndər Heydər Əliyev rəhbərliyi altında mətinləşmiş, zamanın çətin sınaqlardan şərəflə çıxmış, Vətənə və xalqa xidmət vəzifəsini sədaqətlə yerinə yetirmiş, dövlətimizin konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusi ilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır. Sizin rəhbərliyiniz dövründə də cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyinin təmin olunması sahəsində polis orqanları üzərinə düşün vəzifələri və qarşısına qoymuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirmişdir.
Cənab Prezident, biz bu gün hüquqi və dünyəvi dövlətdə, əmin-amanlığın və tolerantlığın bərqərar olunduğu bir ölkədə yaşadığımız üçün özümüzü xoşbəxt sayır və bununla fəxr edirik.
Allah Sizi hifz etsin.
Hörmətlə,
Xudayar Məmmədov
Azərbaycan Respublikası, Lənkəran rayonu, Separadi kəndi.