Xatirə Dadaşova və başqalarından, Füzuli, Azərbaycan


29 oktyabr 2021, 15:00
Hörmətli cənab Prezident.
Qarabağı azad edən Zəfəri bizə bəxş etməklə həm də bir ömür boyu bizi tərk etməyəcək sevinc də bəxş etdiniz.
Qarabağla dünyaya körpü yolu olan Füzuli Beynəlxalq Hava Limanını açdığınız üçün Sizə, çətin günlərimizdə olduğu kimi sevincli günlərimizdə də bizimlə birlikdə olan hörmətli Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkür bildiririk.
Rayonumuzda qısa müddətdə aparılan quruculuq işləri çox sevindirici haldır. Doğma Vətənimiz Füzulidə zəfər bayrağını dalğalandırdığınız üçün, ən başlıcası Qələbə sevincini yaşatdığınız üçün Sizə təşəkkür edirik.
Sizinlə qürur duyuruq və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Xatirə Dadaşova
Gülnar Hüseynova
Rüxsarə Mirhəşimova
Samir Əliyev
Horadiz şəhəri M.Səfərov adına 1 saylı məktəbin kollektivi
Azərbaycan Respublikası, Füzuli rayonu.