Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana
Text size
27 oktyabr 2021, 15:05
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim
əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2021-ci il