İlham Əliyev İsveçrənin “Holcim” şirkətinin baş icraçı direktorunu qəbul etmişdir
Text size


10 iyul 2012, 17:40
Prezident İlham Əliyev İsveçrənin “Holcim” şirkətinin baş icraçı direktoru Bernard Fontananı qəbul etmişdir.
Görüşdə İsveçrənin “Holcim” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti vurğulandı, şirkətin yüksək texnologiyalar əsasında fəaliyyət göstərəcək “Qaradağ sement” ASC-də yeni zavodun müasir standartlara uyğun şəkildə inşası qeyd olundu, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparıldı.