Xəlil Salmanovdan, Qubadlı, Azərbaycan
25 oktyabr 2021, 16:00
Müzəffər Ali Baş Komandan!
Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarını erməni quldurlarından azad etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bununla yanaşı, ölkəmizi hər sahədə yüksəklərə qaldırdığınız üçün, Ordumuzun maddi-texniki bazasını gücləndirdiyiniz üçün, hərbçilərimizi müasir silahlarla təmin etdiyiniz üçün Sizə “çox sağ olun!” deyirəm.
Bu gün mən dədə-baba yurduma ayaq basa bilirəmsə, bu, Sizin, Ordumuzun, qazilərimizin və şəhidlərimizin uğurudur. İnanıram ki, Sizin rəhbərliyinizlə bütün işğaldan azad edilmiş torpaqlarımız günü-gündən çiçəklənəcək. Bu işlərin təməlində Sizin müdrik siyasətiniz, məqsədyönlü fəaliyyətiniz dayanır. Sizə hər zaman uğurlar arzulayıram.
Hörmətlə,
Salmanov Xəlil İsa oğlu
Azərbaycan Respublikası, Qubadlı rayonu, Xələc kəndi.