logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahkərim Məmmədovdan, Qubadlı, Azərbaycan

Text size icon-size icon-size

25 oktyabr 2021, 12:37


Hörmətli cənab Prezident,

Azərbaycan Ordusu Vətən müharibəsində böyük Zəfər qazandı və qısa müddətdə Qarabağda gördüyü abadlıq işlərinin miqyası ilə dünyanı heyrətləndirə bildi. Bu işlər Sizin yorulmaz fəaliyyətinizin nəticəsi idi.

Müharibə dövründə Sizin çıxışlarınızı, xalqa müraciətlərinizi səbirsizliklə gözləyir, böyük iftixar hissi ilə dinləyirdik. Siz bizə Azərbaycanı və azərbaycanlı olmağı daha da sevdirdiniz. Bütün bunlar Sizin qəlbinizdəki, böyük ürəyinizdəki Vətən sevgisinin şöləsidir.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədov Şahkərim Yusif oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Mahruzlu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi