19 oktyabr 2021, 14:55

Nazpəri Rzayevadan, Bakı, Azərbaycan


Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Oktyabrın 17-də Sizin ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonuna səfərinizi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində həyata keçirdiyiniz bir sıra tədbirləri izlədim. “Ağıllı kənd” layihəsi, Füzuli Beynəlxalq Hava Limanı, Rəqəmsal Mərkəz, Mərkəzi Şəhər Parkı və çoxmənzilli yaşayış məhəlləsinin salınması işləri ölkəmiz üçün böyük və təqdirəlayiq işlərdir.

Azərbaycan xalqına və füzulililərə olan bu diqqətiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi daim var etsin.

Hörmətlə,

Nazpəri Rzayeva

Füzuli rayon 4 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.