Davud Tarverdiyevdən, Göyçay, Azərbaycan
15 oktyabr 2021, 16:00
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində doğma Qarabağımız işğaldan azad edildi və xalqımızın 30 illik həsrətinə son qoyuldu. Bu haqq savaşında möhtəşəm Zəfər qazanmaqla adınızı qalib sərkərdə kimi ən yeni tariximizə qızıl hərflərlə yazdırdınız. Siz xalqı ətrafınızda sıx birləşdirib dəmir yumruğunuzla mənfur düşmənin başını əzdiniz, tarixi ədaləti bərpa etdiniz.
Möhtərəm Prezident, Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına, xalqımızın firavan, təhlükəsiz yaşayışının təmin olunmasına xidmət edir. Siz bütün vətəndaşlara, xüsusilə də şəhid ailələlərinə, qazilərə qayğı ilə yanaşırsınız, onların problemlərinin həllini diqqətdə saxlayırsınız. Xoşbəxtik ki, Sizin kimi qayğıkeş, humanist Prezidentimiz var. Xalqın Sizə olan inamı, məhəbbəti gündən-günə artır. Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.
Sizə cansağlığı, xoşbəxtlik, yorulmaz fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Tarverdiyev Davud Niman oğlu
Azərbaycan Respublikası, Göyçay rayonu.