Oqtay Göyüşovdan, Xocavənd, Azərbaycan
15 oktyabr 2021, 12:19
Möhtərəm cənab Prezident.
Sizin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcədə mühüm əhəmiyyət verdiyinizə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını misal göstərmək olar. İşğaldan azad edilmiş şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Sizin tapşırığınızın icrası hazırda yüksək sürətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar görülən işlər, pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi tarixi nailiyyətdir.
Tarixi Tuğ kəndinə səfəriniz zamanı səsləndirdiyiniz fikirlər bir daha onu sübut etdi ki, işğaldan azad olunmuş hər qarış torpağımıza necə diqqət və qayğı ilə yanaşır, hər bir rayon, hər bir kəndə xüsusi əhəmiyyət verirsiniz. Səfər zamanı Hadrut qəsəbəsində məscidin təməlinin qoyulması tarixi hadisədir və bu multikulturalizm dəyərlərini həmişə diqqətdə saxladığınızı göstərir.
Sizə bu işlərin icrasında yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Oqtay Göyüşov
Xocavənd rayonu Tuğ kənd 1 saylı tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Xocavənd rayonu.