Elza Səlimovadan, Xocavənd, Azərbaycan
Text size
12 oktyabr 2021, 19:00
Müzəffər Ali Baş Komandan, əziz Prezidentimiz,
Sizi torpaqlarımız işğaldan azad olunduqdan sonra Xocavənd rayonunda görməyimizə çox şad olduq. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. İnanırıq ki, Sizin diqqət və qayğınızla Xocavənd rayonunun qəsəbə və kəndləri əvvəlkindən də gözəl olacaq. Artıq Füzuli-Hadrut yolunda tikinti işlərinə başlanılmışdır. Yol mədəniyyətdir, yol inkişafdır. Əminəm ki, yeni yollar yeni uğurlara yol açacaq. Biz bu işdə hər zaman Sizə dəstək olmağa hazırıq.
Gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Səlimova Elza Məzahir qızı
Azərbaycan Respublikası, Xocavənd rayonu