logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib

Text size icon-size icon-size

05 oktyabr 2021, 12:45

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

Dövlətimizin başçıçı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi