İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Doris Loytharda
Text size
31 iyul 2010, 15:56
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf yolundadır. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyul 2010-cu il.