logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şakir Abışov və başqalarından, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2021, 15:00

Hörmətli cənab Prezident.

Azərbaycan tarixində və xalqımızın qəlbində unudulmaz izlər qoyan Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəyə, həmçinin müharibədən ziyan çəkmiş vətəndaşlara göstərdiyiniz diqqətə görə Sizə ailələrimiz adından minnətdarlığımızı bildiririk.

Sizin qayğınız sayəsində Ağdam bərpa olunmaqdadır. Eyni zamanda qeyd etməyi özümüzə borc bilirik ki, Vətən müharibəsi zamanı əhaliyə və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər bizi sevindirir. Düşmənin atdığı mərmilər kəndimizdə bir çox evə ciddi ziyan vurmuşdu. Sizin diqqətiniz və qayğınız sayəsində evlərimiz yüksək səviyyədə bərpa olundu, dəymiş ziyan aradan qaldırıldı.

Biz hər zaman Sizi – qayğıkeş Prezidentimizi dəstəkləyirik.

Hörmətlə,

Abışov Şakir

Qurbanov Rafiq

Sultanov Təhmasib

Qaraşov Musa

Azərbaycan Respublikası, Ağdam rayonu, Bənövşələr kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi