logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qasım Mahmudovdan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

16 sentyabr 2021, 15:50

Müzəffər Ali Baş Komandan!

Bir Azərbaycan vətəndaşı olaraq, mən Sizinlə fəxr edirəm. 44 günlük şanlı Qarabağ müharibəsində bütün dünya Sizin necə görkəmli, savadlı, güclü, xalqını çox sevən bir Lider olduğunuzu gördü. Siz Azərbaycan tarixindəki ən şanlı Qələbə sevincini millətimizə yaşatdınız.

Sizin siyasətiniz nəticəsində dövlətimiz iqtisadi, xalqımız isə sosial cəhətdən günü-gündən inkişaf edir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirirsiniz. Xalqımız Sizi çox sevir və hər zaman yanınızdadır. Mənim də arasında olduğum Azərbaycan gəncləri Sizinlə qürur duyur.

Hörmətlə,

Mahmudov Qasım

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi