logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Orxan Fərmanlıdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

16 sentyabr 2021, 15:10

Hörmətli cənab Prezident!

Mən bu məktubu yazaraq, Sizə öz dərin təşəkkürümü bildirirəm.

Biz bir xalq olaraq çox şanslıyıq ki, Sizin kimi xalqını sevən, hər zaman xalqın arxasında dayanan, onun sevincinə də, kədərinə də şərik olan dövlət başçımız, Prezidentimiz var. Çox sağ olun ki, Siz müharibə iştirakçılarına, qazilərimizə və şəhid ailələrinə belə diqqət və qayğı göstərir, onlara dayaq olursunuz.

Mən Vətən müharibəsi döyüşçüsü olaraq bu məktubu sevinc hissi ilə yazıram. Sizin sayənizdə mən işlə təmin olundum.

Hörmətli cənab Prezident, başda Siz olmaqla, mənim işlə təmin olunmağımda əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Siz hər zaman xalqımızın yanında olduğunuz kimi biz də daim bir xalq olaraq Sizinləyik və daim yanınızda olacağıq.

Hörmətlə,

Fərmanlı Orxan, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi