Ləyaqət Əliyevdən, Cəlilabad, Azərbaycan
Text size


15 sentyabr 2021, 17:25
Hörmətli cənab Prezident.
Mən Vətən müharibəsi iştirakçısıyam, aztəminatlı ailənin üzvüyəm. Həm müharibə iştirakçısı kimi, həm də aztəminatlı ailənin üzvü kimi dövlətin qayğısı ilə əhatə olunmuşam. Bu yaxınlarda mənə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Müzəffər Ali Baş Komandan, mənə və ailəmə göstərilən diqqətə görə Sizə təşəkkür edirəm. Hər an əmrinizə hazıram.
Allah Sizdən razı olsun.
Hörmətlə,
Ləyaqət Əliyev
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Uzuntəpə kəndi.