Ceyhun Eyvazovdan, Ucar, Azərbaycan


09 sentyabr 2021, 16:44
Möhtərəm cənab Prezident.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini, mübarizlik əzmini bütün dünyaya nümayiş etdirən bu qələbə ilə Siz 30 illik torpaq həsrətimizə son qoydunuz, ərazi bütövlüyümüzü bərpa etdiniz, bizə böyük sevinc və qürur hissi yaşatdınız.
Cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatların uğurlu nəticələri bütün sahələrdə özünü göstərir. Ölkəmiz gündən-günə inkişaf edir, əhalinin sosial rifahı yaxşılaşır. Sizin siyasətinizi dəstəkləyirik. Çünki bu siyasət ölkəmizin tərəqqisinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Sizin rəhbərliyinizlə Azərbaycanın bundan sonra daha da inkişaf edəcəyinə inanırıq.
Sizə möhkəm cansağlığı, bütün işlərinizdə yeni uğurlar arzu edirik.
Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Ceyhun Eyvazov
Ağdam rayonu Əhmədavar kənd sakini
Azərbaycan Respublikası, Ucar rayonu.