logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Afiq Mirzəyevdən, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

09 sentyabr 2021, 12:41

Möhtərəm cənab Prezident,

İşğaldan azad olunmuş rayonlara səfərləriniz Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin sevincini bizə yenidən yaşadır. Sizin işğaldan azad edilmiş torpaqlara qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi səfərləriniz tarixi səfərlərdir. Bu səfərlər unudulması mümkün olmayan, dövlətimizin gücünə güc qatacaq, xalqımıza daim qürur hissi yaşadacaq səfərlərdir.

Bu sevincli günləri və qürur hisslərini bizə yaşatdığınıza görə Sizə sonsuz təşəkkür edirik. Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Mirzəyev Afiq Rəhbər oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Xaçındərbətli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi