logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məzahir Əsgərovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 sentyabr 2021, 14:33

Hörmətli cənab Prezident.

Biz - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 19 ünvanında yerləşən yataqxanada əvvəllər məskunlaşmış məcburi köçkünlər bu ərazidə aparılan söküntü işləri ilə bağlı yataqxanadan köçmək məcburiyyətində qalmışdıq. Mənzillə təmin olunmağımızla bağlı Sizə müraciət etmişdik. Xocəsən qəsəbəsində salınmış yeni yaşayış məhəlləsində bizi mənzillə təmin etdiyinizə görə buradakı keçmiş köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Müzəffər Ali Baş Komandan, Allahdan Sizə cansağlığı, Vətənimizin və xalqımızın azadlığı, firavanlığı yolunda bundan sonra da zəfərlərinizin və görəcəyiniz bütün işlərinizdə uğurlarınızın bol olmasını diləyirik.

Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Məzahir Əsgərov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi