Elmir Quliyevdən, Daşkəsən, Azərbaycan


07 sentyabr 2021, 18:37
Möhtərəm cənab Prezident.
Sizin Ali Baş Komandanı olduğunuz Müzəffər Ordumuz düşmənə öz gücünü göstərərək Zəfər qazandı. Bu, Azərbaycan tarixində misli görülməmiş bir Zəfərdir. Əsrlər keçsə də xalqımız bunu heç vaxt unutmayacaq və hər zaman qürurla xatırlayacaqdır.
Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olaraq bildirmək istəyirəm ki, Ordumuzda böyük ruh yüksəkliyi var idi və bu gün də belədir. İstənilən an düşmənə layiqli cavab vermək iqtidarında olan Ordumuz var. Mən Vətən yolunda sağlamlığımı itirsəm də, qazandığımız Qələbəyə görə fəxr edirəm. Dövlətimin qayğısını hər zaman hiss edirəm. Müraciətlərimə də diqqətlə yanaşılır. Əmək qabiliyyətini itirdiyim üçün mənə düşən sığorta ödənişini də bu yaxınlarda aldım. Bu, ailəm üçün böyük dəstəkdir.
Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə hələ çox qələbələr qazanacağımıza əminəm. Çünki, Sizin praqmatik siyasətiniz və məqsədyönlü fəaliyyətiniz bizim ümidlərimizi hər zaman doğruldub.
Hörmətlə,
Elmir Quliyev
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Bayan kəndi.