logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Orxan Babayevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

07 sentyabr 2021, 17:43

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Ordumuzun düşmən üzərində qazandığı Qələbə xalqımızın ürəyindən 30 illik yaranı qoparıb atdı. Mən Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olduğum üçün özümü çox xoşbəxt sayıram.

Sevindirici haldır ki, dövlətimiz vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət ayırır. Həmçinin, çətinliklə üzləşən vətəndaşların müraciətlərinə lazımi qaydada baxılır və onları narahat edən məsələlər aradan qaldırılır. Mənə əlillik dərəcəsinin təyin olunmasında yaranmış problemin aradan qaldırılması barədə Sizə müraciət ünvanlamışdım. Müraciətimə baxıldı və mənə əlillik dərəcəsi təyin olundu.

Cənab Prezident, müraciətimə diqqətlə yanaşıldığı üçün Sizə “çox sağ olun” deyir, təşəkkür edirəm.

Hörmətlə,

Orxan Babayev

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi