logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teymur Məmmədovdan, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

07 sentyabr 2021, 16:40

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Oğlum Kərimli Nihat Teymur oğlu Vətən müharibəsi şəhididir. Mən bir şəhid atası olaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Sizin tapşırığınız əsasında şəhid müavinəti ilə təmin olunduq.

Sizin kimi Ali Baş Komandanımız olduğuna görə qürur duyur, fəxr edirik. Siz Vətənimiz uğrunda qətiyyətlə mübarizə aparmış, hərbi, siyasi və diplomatik sahələrdə düşmənlə döyüşmüsünüz. Bizim üçün Siz Vətən Müharibəsi Qəhrəmanısınız.

Allah Sizi qorusun!

Hörmətlə,

Teymur Məmmədov

Şəhid atası

Azərbaycan Respublikası, Ağdaş rayonu, Ərəbocaq kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi