logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülvi Məlikovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

07 sentyabr 2021, 13:56

Hörmətli cənab Prezident.

Əvvəla öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Vətən müharibəsində qazandığımız Qələbə xalqımızın başını ucaltdı.

44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərə qatıldım. Talış istiqamətində gedən döyüşlərdə, Suqovuşanın alınmasında iştirak etmişəm. Şükür Allaha, Sizin rəhbərliyinizlə “Dəmir yumruq” sayəsində Şanlı Ordumuz Zəfər qazandı.

Sizin müharibə iştirakçılarına və şəhid ailələrinə olan qayğınız bizi sevindirir. Sizin tapşırıqlarınıza uyğun olaraq bizə lazımi kömək göstərilir. Sizə ünvanladığım müraciətlərə baxılaraq problemlərim həll edilməkdədir.

Cənab Prezident, Allah ömrünüzü uzun etsin!

Hörmətlə,

Ülvi Məlikov

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Salyan rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi