Mehman Məmmədov və Aidə Məmmədovadan, Ağdam, Azərbaycan


06 sentyabr 2021, 17:50
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Zəfərlə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz qalib ölkənin qalib vətəndaşlarıyıq. Siz uzaqgörən, müdrik bir lider olaraq xalqımızı dəmir yumruq kimi öz ətrafınızda birləşdirdiniz, torpaqlarımızı işğaldan azad etdiniz, düşməni diz çökdürdünüz.
Əziz Prezident, müharibə başa çatandan dərhal sonra azad edilmiş torpaqlarımızda, o cümlədən dədə-baba yurdumuz Ağdamda yenidənqurma, bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlarınız bizi daha da sevindirdi və fərəhləndirdi. Sizin əzminiz, qətiyyətiniz sayəsində bu işlərin də qısa zamanda və ən yüksək səviyyədə həyata keçiriləcəyinə əminik. Müharibə dövründə evlərimizə, təsərrüfatımıza dəymiş ziyanın aradan qaldırılmasını Sizin diqqət və qayğınızın göstəricisi kimi yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident!
Ulu Tanrı Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə Sizi qorusun!
Hörmətlə,
Məmmədov Mehman,
Məmmədova Aidə.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi.