logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fəxri Cavadovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

06 sentyabr 2021, 15:00

Əziz və hörmətli Prezident,

44 günlük Vətən müharibəsinin böyük Qələbə ilə başa çatması, torpaqlarımızın işğaldan azad olunması Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin nəticəsidir. Sizin xalqımız qarşısında tarixi xidmətləriniz əvəzolunmazdır. Hər zaman inanırdıq ki, Siz bizə Qələbə sevincini bəxş edəcəksiniz. Verdiyiniz sözü yerinə yetirdiniz, neçə illik torpaq həsrətimizə son qoydunuz. Çox sağ olun. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimizin olması ilə fəxr edirik.

Möhtərəm Prezident, Siz işğaldan azad edilmiş torpaqlarımızda bərpa, yenidənqurma işlərini həyata keçirməklə yanaşı, müharibə zamanı zərər çəkmiş insanların problemlərini də diqqətdən kənarda qoymadınız. Evlərimizin, təsərrüfatımızın bərpası üçün göstərdiyiniz köməyə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Cavadov Fəxri

Azərbaycan Respublikası, Ağdam rayonu, Zəngişalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi