logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

02 iyul 2012, 19:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun strukturunu və ştat cədvəlini təsdiq etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi