Rauf Nağıyevdən, Sumqayıt, Azərbaycan


31 avqust 2021, 15:40
Möhtərəm cənab Prezident.
Qarabağın düşmən tapdağından azad olunmasına görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Sizin apardığınız uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu güclənib, düşmənə layiqli cavab verib. Mən səmimi qəlbdən demək istəyirəm ki, Sizin sayənizdə Vətən sevgisi, xalq sevgisi, dövlət sevgisi nədir öyrəndim. Sizin hər bir çıxışınız biz gənclər üçün nümunədir.
Hörmətli Prezident, mən bir gənc olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Sizi, hörmətli anamız Mehriban xanımı səmimi qəlbdən sevir, hər zaman Sizləri dəstəkləyirəm.
Biz gənclər Sizinlə irəli, yeni zirvələrə doğru gedirik!
Hörmətlə,
Rauf Nağıyev
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.