logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kanadanın General-Qubernatoru Zati-aliləri cənab Devid Constona

Text size icon-size icon-size

30 iyun 2012, 15:40

Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Kanada arasındakı dostluq münasibətlərinin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi