İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşmüşdür
Text size
29 iyun 2012, 18:10
Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin ölkələrimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına töhfə verəcəyi qeyd olundu. Dövlət başçıları ölkələrimiz arasındakı əlaqələrin digər sahələrdə də inkişaf perspektivlərinin yüksək olduğunu bildirdilər.