logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul etmişdir

Text size icon-size icon-size

28 iyun 2012, 14:05

Prezident İlham Əliyev Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Xorvatiyalı qonaq Bakıda keçiriləcək Krans Montana Forumunun önəmini vurğuladı.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi