“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
09 avqust 2021, 15:40
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, №11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 23.2-ci maddəyə “15 il” sözlərindən sonra “(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 23.2-1-ci maddə əlavə edilsin:
“23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.”;
1.3. 23.3-cü maddəyə “stajına” sözündən sonra “(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2021-ci il