Qarsia Pedro Migueldən, Madrid, İspaniya
Text size
23 iyul 2021, 16:00
Cənab Prezident.
Mən Azərbaycan haqqında çox eşitmişəm. Bu ölkənin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu bilirəm. Həmçinin məlumatım var ki, Azərbaycan Sizin rəhbərliyinizlə inkişaf edib, nailiyyətlər qazanıb.
Hörmətli Prezident, Sizə, öz adət-ənənələrinə, milli dəyərlərinə sadiq olan xalqınıza dərin sevgi və hörmətimi çatdırıram. Gözəl ölkənizə səyahət etmək arzusundayam.
Hörmətlə,
Qarsia Pedro Miguel
İspaniya Krallığı, Madrid şəhəri