Tehran Əmiraslanovdan, Quba, Azərbaycan
23 iyul 2021, 12:45
Hörmətli cənab Prezident.
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki jurnalistin - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun ailələrinə 22 iyul - Milli Mətbuat Günündə mənzillər hədiyyə etməyiniz məni sevinc göz yaşlarına qərq etdi. Bu, Sizin şəhid ailələrinə xüsusi diqqət və qayğınızın, eyni zamanda, vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını yüksək qiymətləndirməyinizin daha bir əyani göstəricisidir.
Cənab Prezident, biz xoşbəxt xalqıq ki, Sizin kimi müdrik, möhkəm iradəli, cəsarətli Prezidentimiz, Vətən uğrunda gözünü belə qırpmadan şəhid olmağa hər an hazır qəhrəman oğullarımız var. Şəhid ailələrinə, qazilərimizə göstərdiyiniz diqqət və qayğıya görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə ölkəmizin hər zaman zəfərlər qazacanağına inanıram.
Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Tehran Əmiraslanov
Azərbaycan Respublikası, Quba rayonu