Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Danilo Türkə
Text size
23 iyun 2012, 16:20
Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Sloveniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2012-ci il.