Küveyt Əmirinin müavini və Vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahdan
Text size
22 iyun 2012, 19:50
Hörmətli Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və səadət, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və çiçəklənmə arzulayıram.
Dərin hörmətlə,
Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Əmirinin müavini və Vəliəhdi