Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə
Text size
22 iyun 2012, 18:10
Əlahəzrət,
Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2012-ci il.