Samir Quluyevdən, Tərtər, Azərbaycan
18 iyun 2021, 15:45
Hörmətli cənab Prezident,
Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək ölkəmizə böyük uğurlar qazandırmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksələrək dünya birliyində özünə layiqli yer tutub. Bu dünya durduqca xalqımız Ümummilli Liderimizə və Sizə minnətdar olacaq.
Cənab Prezident, Vətən müharibəsində qazandığımız şanlı Zəfər Sizin möhkəm iradənizin, qətiyyətinizin, əzmkarlığınızın nəticəsidir. Bu Zəfərlə bizə böyük sevinc və qürur hissi bəxş etdiyinizə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk. İnanırıq ki, ölkəmiz Sizin rəhbərliyinizlə bundan da böyük uğurlar qazanacaq, xalqımız daha xoşbəxt həyat yaşayacaq. Sizinlə fəxr edirik. Hər zaman Sizi dəstəkləyəcəyik.
Allah-taaladan Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.
Hörmətlə,
Quluyev Samir Fəxrəddin oğlu
Azərbaycan Respublikası, Tərtər şəhəri.