Kamran Astanovdan, Salyan, Azərbaycan


17 iyun 2021, 17:00
Hörmətli cənab Prezident,
Sizin Ali Baş Komandanlığınızla Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Siz möhkəm iradəniz, qətiyyətiniz, mahir sərkərdəlik bacarığınız sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz.
Əziz Prezident, Siz hər zaman şəhid ailələrinə, Qarabağ qazilərinə yüksək diqqət və qayğı göstərmisiniz, onların problemlərinin həllini, o cümlədən məşğulluğunun təminini diqqətdə saxlamısınız və bu, bizi çox sevindirir. Mən bir qazi kimi Sizin rəhbəri olduğunuz qalib bir ölkədə yaşamağımla fəxr edirəm.
Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Astanov Kamran Arif oğlu
Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.