Qaraxan Ağayevdən, Masallı, Azərbaycan


17 iyun 2021, 16:00
Hörmətli cənab Prezident,
Müasir, müstəqil Azərbaycanı bizə bəxş edən ulu öndərimiz Heydər Əliyevə hər zaman Allahdan rəhmət diləyirəm. Bu ağır və çətin işi yalnız xalqına sidq ürəkdən bağlı olan, Vətənini qəlbən sevən bir şəxsiyyət edə bilərdi və Ulu Öndər bunu etdi. Azərbaycan adlı bir dövləti yenidən qurdu, gücləndirdi və ölkəmizin gələcək inkişafını Sizə həvalə etdi. Siz bu missiyanı çox müvəffəqiyyətlə yerinə yetirirsiniz. Sizin sayənizdə Azərbaycan nəinki inkişaf etdi, öz beynəlxalq nüfuzunu daha da gücləndirdi, hərbi qüdrətini artırdı və sonda torpaqlarının azadlığına nail oldu. Vətənpərvər insanlar üçün bunun misli-bərabəri yoxdur.
Cənab Prezident, Siz torpaqlarımızın azadlığı yolunda çox böyük zəhmət çəkmisiniz. Qədirbilən xalqımız bunu heç vaxt unutmayacaq. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Var olun!
Hörmətlə,
Ağayev Qaraxan
Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi.