logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hüseyn İsmayılovdan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

16 iyun 2021, 17:20

Hörmətli cənab Prezident!

Sizin Şuşa şəhərində, Cıdır düzündə möhtəşəm rəqsiniz dosta sevinc, düşmənə gözdağı verdi.

Şuşa şəhərində iki qardaş ölkənin liderlərinin səmimi görüntüləri hər birimizi sevindirdi. 28 illik həsrətdən sonra qayıtdığımız, mədəniyyət beşiyimiz olan doğma Şuşa şəhərinə, dövlət başçılarından ilk olaraq, Türkiyə Prezidentinin gəlişi Sizin Türkiyə ilə dostluq münasibətlərinə nə qədər dəyər verməyinizin göstəricisidir.

Bizə Qələbə sevinci və xoş günlər yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İsmayılov Hüseyn Rəcəb oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi