Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
20 iyun 2012, 17:45
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır :
Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılsın və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il.