Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifədən
Text size
14 iyun 2021, 17:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Salman bin Həməd Al Xəlifə
Bəhreyn Krallığının vəliəhdi,
Nazirlər Şurasının sədri