Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12 iyun 2021, 19:18
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551; 2021, № 3, maddə 224) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2.2-ci yarımbəndə “sisteminin” sözündən sonra “(bundan sonra – EKTİS)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 6.1-1 – 6.1-3-cü bəndlər əlavə edilsin:
“6.1-1. Bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur.
6.1-2. EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya almış fermerin inzibati məsuliyyətə cəlb edilməsi bu Qaydanın 5.5-ci bəndinin tələblərinin ona tətbiq edilməsinə mane olmur.
6.1-3. Hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2021-ci il